Hazard: “Barselona”nın qarşısında Ronaldo var
29.03.2019 , 12:12

İngiltərənin “Çelsi” klubunun belçikalı futbolçusu Eden Hazard “Barselona”nın Çempionlar Liqasındakı çempionluq şanslarını dəyərləndirib.
28 yaşlı futbolçu katalonların çempionluğunu istisna etmir, amma Ronaldonun onlara baş ağrı ola biləcəyini deyib:
“Barselona” çempion ola bilər, ancaq qarşılarında hər il Çempionlar Liqasını qazanan Kriştiano Ronaldo kimi biri var.”
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq.
