big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Havaya sovrulan pullar (YAZI)

29.04.2014 , 05:46

Bəlkə də, dəfələrlə qeyd etmişik ki, klublarımızın ən böyük səhvlərindən biri futbolçuları bu günlərinə yox, dünənlərinə baxaraq transfer etmələridir. Zaman göstərir ki, belələri havayı yerə pul qazanmaqdan başqa ciddi nəyləsə yadda qalmırlar. Elə bu mövsüm də hay-küylə gətirilib gözləniləni verə bilməyənlərin sayı yetərincədir. Gəlin onlara qısaca nəzər salaq.

Melvin Platye (Neftçi)
Böyük ümidlərlə (həm də pullarla) “Neymegen”dən transfer olunan hollanda çoxları Kanalesin əvəzləyicisi gözü ilə baxırdı ki, bu da səbəbsiz deyildi. Axı hücumçu Hollandiya çempionatında yetərincə inamlı çıxışıyla yadda qalmışdı. Amma “Neftçi” rəhbərliyi Hollandiya Erediviziyası ilə Topaz Premyer Liqası arasında dünya qədər fərqin olduğunu unutdu. Melvinin hələ “Şkenderbu” ilə ilk oyundan və Korça faciəsindən sonra komandaya uyğunlaşmaqda çətinlik çəkdiyi sezilirdi. Sonradan Premyer Liqadada ümidləri doğrultmayıb, cəmi bir qol vuran Melvinin İsveç “Kalmar”ına sırınmasında qeyri-adi nəsə axtarmamalıyıq.

Marat İzmayılov (Qəbələ)
“Azərbaycandır da, burda oynamağa nə var ki? Beş-on günə formasını bərpa edər” düşüncəsi gətirilən futbolçulardan biri. Bir ilə yaxındır ki, ayağına düz-əməlli top dəyməmiş, qış fasiləsini boşa vermiş Maratın qısa zamanda “Qəbələ”yə uyğunlaşması onsuz da real görünmürdü. Amma bunu bizim yox, “Qəbələ” rəhbərliyinin anlaması daha vacib idi. 

Elias (Xəzər Lənkəran)
Böyükağa Hacıyev hələ “Simurq”la oyundan sonra ona dəxli olmasa da, Eliasın transferinin lazımsız olduğunu dilə gətirmişdi. Zaman göstərdi ki, Böyükağa müəllim haqsız deyilmiş. Geridə qalan 10 turun böyük bir hissəsini zədə səbəbilə boşa verən braziliyalı hələ ki ona ödənilən 1 milyonun qarşılığını vermir. Bu da azmış kimi, iştirak etmədiyi oyunları stadiondan yox, televizordan izlədiyini bildirərək “Xəzər Lənkəran” cameəsinə hörmətsizlik etməkdən də çəkinmir.

Mindauqas Kalonas (Simurq)
Bu futbolçunun istedadına heç kəs şübhə etmir. Yanvara qədər “Bakı”nın əvəzolunmaz üzvü sayılan litvalıya ölkəsində “ilin futbolçusu” mükafatı verilmişdi. Amma bir anda “Bakı”dan qovulan Kalonas hazırda “Simurq”da bam-başqa simaya bürünüb. Gözləniləni heç cür verə bilməyən Kalonasın adı, şayiələrə inansaq, Çixradzenin “qara siyahı”sındadır.

P.S. Yəqin fikir verdiniz, Platye istisna olmaqla, qeyd etdiyim hər 3 futbolçu qış “transfer pəncərəsi”nin sonlarında komandaya cəlb olunmuşdu. Təlim-məşq toplanışını boşa verən, komandaya uyğunlaşmağa macal tapa biilməyənlərin fiaskosu, əlbəttə ki, başadüşüləndir. Ən azı, bizim tərəfdə…

Ürfan Məmmədzadə

Son yazılar

To Top