“Hatayspor”un prezidentindən Qurban Qurbanov açıqlaması
22.07.2020 , 14:30

Türkiyənin “Hatayspor” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla danışıqları davam etdirir.
Korner.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Nihat Tazearslan “CBC Sport”a bildirib:
“Hələ heç nə bəlli deyil. Hər şey bu həftə bəlli olacaq. Hazırda danışıqlar davam edir. Cümə günü İdarə Heyəti ilə toplantı keçirəcəcəyik və bu məsələyə də orada aydınlıq gələcək”.
