“Hatayspor”da yeni baş məşqçi
21.09.2022 , 17:59

“Hatayspor” baş məşqçi postuna Volkan Demireli gətirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sabiq qolkiperlə 1+1 illik müqavilə imzalanıb.
Volkan bu vəzifədə bir müddət əvvəl istefa verən Sərkan Özbaltanı əvəzləyib.
“Hatayspor” Super Liqada sonuncu – 19-cu sıradadır.
