“Hatayspor” kapitanı göndərdi – Rəsmi
06.02.2025 , 16:32

Türkiyənin “Hatayspor” klubu komandanın kapitanı Erce Kardeşlerlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun yaydığı açıqlamada, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb.
“Hatayspor” göstərdiyi xidmətlərə görə Erce Kardeşlerə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
