“Hatayspor” 7 futbolçu ilə sağollaşdı
11.06.2023 , 16:42

“Hatayspor” yeddi futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçular – Kevin Varqa, Kaan Kanak, Məhəmməd Mert, Onur Ergün, Ayub Əl-Kaabi, Dilan Sen-Lui və Kevin Soni komandadan ayrılıb.
Onların müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilib.
