Harri Keyn Ronaldonu qabaqladı, Messiyə yaxınlaşdı
17.02.2026 , 22:45
“Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn Bundesliqanın 22-ci turunda “Verder”lə matçda (3:0) iki qol vuraraq karyerasında 500-cü dəfə fərqlənib.
Korner.az xəbər verir ki, o, bu nəticəyə 743-cü oyununda çatıb
Reytinqdə lider mövqeyini Lionel Messi tutur. Argentinalı ulduz 500 qol üçün yalnız 632 oyuna ehtiyac duyub.
İkinci pillədə Robert Levandovski (730 oyun), dördüncü yerdə isə Kriştiano Ronaldo (753 oyun) qərarlaşıb.