Harri Keyn Münhen klubunda qalmağa hazırlaşır
02.03.2026 , 18:50
“Bavariya” klubu İngiltərəli hücumçu Harri Keyn ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.
Korner.az xəbər verir ki, klub 32 yaşlı futbolçunu komandada əsas fiqur kimi görür və onun uzunmüddətli qalmasını təmin etməyə çalışır.
Tərəflər artıq yeni müqavilənin maliyyə və şəxsi detalları üzərində danışır.
Bu mövsüm o, 36 oyunda 44 qol vurub və 5 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verib. Hal-hazırda onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir.