Harri Keyn Bundesliqada tarixi rekorda imza atdı
22.12.2025 , 10:30
“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında yeni tarixi göstəriciyə imza atıb.
Korner.az xəbər verir ki, ingiltərəli futbolçu 15-ci turun “Haydenhaym”la qarşılaşmasında (4:0) fərqlənərək çempionat tarixində ən qısa müddətdə “qol+ötürmə” üzrə 100 xal toplayan oyunçu olub.
Harri Keyn Bundesliqada keçirdiyi 78 oyunda 81 qol və 19 məhsuldar ötürmə ilə ümumilikdə 100 xala çatıb. Bu nəticə 2004/2005 mövsümündən etibarən aparılan statistikada rekord sayılır.
Bundan əvvəl ən sürətli “100 xal” göstəricisi “Bavariya”nın sabiq futbolçusu Aryen Robbena məxsus idi.