Hari Keyn mükafatlandırıldı
28.03.2019 , 22:16

“Tottenhem” klubunun futbolçusu Harri Keyn mükafatlandırılıb.
İngilis futbolçuya Britaniya imperiyasının ordeni təqdim olunub. Medalı 26 yaşlı oyunçuya şahzadə Uilyam təqdim edib. O, futboldakı uğurlarına görə mükafatlandırılıb.
Qeyd edək ki, Hari Keyn cari Premyer liqada 26 görüşə çıxıb və 17 qol vurub.
