“Los-Angeles Lakers”in oyunqurucusu Lonzo Bol “Houston Rockets”in müdafəçisi Ceyms Harden haqda danışıb. Dünən qalib gələn los-angeleslilərin (122:116) heyətinə bu mövsüm draftdan qatılan Lonzo Hardeni dayandırmağın mümkün olmadığını bildirib.
Onun sözlərinə görə ən yaxşı halda Hardeni ləngitmək və ya hücum etməsinə çətinlik yaratmaq olar: “Hardeni dayandırmaq mümkün deyil. Ona qarşı müdafiə olunmaq çətindir”.
Xatırladaq ki, Harden “Los-Angeles”ə qarşı oyunda 51 xalla yadda qalmışdı.
