Amerika Milli Basketbol Asossiasiyasında (NBA) müntəzəm çempionatın növbəti oyunları keçirilib. Bu qarşılaşmaların biri də Texas ştatının Hyuston şəhərində baş tutub.
Burada yerli “Hyuston Rokets” “Yuta Cazz”ı qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 137:110
Qarşılaşma meydan sahiblərinin basketbolçusu Ceyms Harden üçün əlamətdar olub. Ulduz oyunçu 56 xal və 13 assist etməklə, komandasının qazandığı 91 xalda bir başa iştirak edib. Bundan başqa o, 76% faiz atış dəqiqliyi (field goal) ilə oynayaraq son 21 ildə belə statistika yaxalayan ilk oyunçu olub. Axırıncı dəfə bunu əfsanəvi Maykl Cordan 1996-cı ildə bacarmışdı
