big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Hara getsəm, qonşularımla oynayacam” – Qriqorçukun püşkə münasibəti

19.06.2017 , 15:31

Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qəbələ” “Yaqelloniya”  (Polşa)/“Dinamo” (Gürcüstanın) cütünün qalibi  ilə qarşılaşacaq.

Korner.az-ın xəbərinə görə, hazırda Avstriyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk püşkatmayla bağlı sport24.az-ın suallarını cavablandırıb.

– Təcrübə göstərir ki, püşkatmaya heç vaxt xüsusi diqqət ayırmırsınız. Bu dəfə də istisna olmadı?

– Tamamilə doğrudur. Bəxtimizə kimin çıxacağına təsir qüvvəmiz yoxdur. Bu səbəbdən də hansısa həyəcan, arzu, istək, plan, proqnozum yox idi. Kim çıxacaq, onunla da oynamalıyıq. Bu qədər sadə.

– Ancaq artıq potensial rəqiblərinizi tanıdınız.

– Avrokuboklarda zəif komanda iştirak edə bilməz. Həm “Yaqelloniya”, həm də Batumi “Dinamo”suna böyük hörmətlə yanaşırıq. İndi işimiz bir az da artdı. Çünki komandamın daxili məsələlərinə Avropa Liqsındakı potensial rəqibləri öyrənmək də əlavə olundu. Nə gizlədim, indi komandam nə daxili, nə də beynəlxalq arenada çıxış etməyə hazır deyil. Hələ görüləsi xeyli işimiz var. Bax, buna da vaxt və çarə tapmaq gərəkdir.

– Polşa və Gürcüstan təmslçiləri. Ötən mövsüm “Qəbələ” Gürcüstanın digər təmsilçisinə master-klass keçdi. Yenə “bicolar”la oynamaq istəyirsiniz, yoxsa “panlar” daha cəlbedici gəlir?

– Bu komandaların heç birinə bələd deyiləm. Ancaq coğrafi baxışa söykənərək ehtimal edirəm ki, tam fərqli futbol məktəblərinin təmsilçiləri ilə qarşılaşa bilərik. Yalnız dərin təhlildən sonra hansı rəqibin bizə daha münasib olacağına dair fikir yürüdə bilərəm.

– Ancaq hər iki ölkə sizə qonşu düşür: Polşa Ukraynayla qonşudu, Gürcüstan isə 3-cü ildi yaşadığınız Azərbaycanla…

– Doğrudan da elədir! Deməli, hara getsəm, qonşularımla oynayacam (gülür). Tam fərqli rəqiblərdir. Və yenə də deyirəm, bizim istəyimizlə həmin cütlüyün qalibi müəyyənləşməyəcək. Növbəti mərhələyə kim çıxsa, “Qəbələ” də onunla qarşılaşacaq.

–  Bu komandalar arasında baş tutacaq iki oyundan heç olmasa birini stadiondan şəxsən izləmək fikriniz yoxdur?

– Bütün hallarda hər iki komandanı diqqət mərkəzində saxlayacağıq. Minimum bir oyunda da təmsilçimizin stadionda olacağını düşünürəm. Ancaq mənim işlərim başımdan aşır. Yəqin ki, köməkçilərimdən birini göndərərəm.

– Ağrılı mövzuya da toxunaq. Artıq püşkatma da arxada qaldı, “Qəbələ” isə yola saldığı futbolçuların yerini doldurmur ki, doldurmur.

– Tamamilə haqlısınız. Biz də gözəl başa düşürük ki, yubanırıq. İyulun 13-də ilk oyuna çıxmalıyıq. İyulun 12-də sıralarımıza oyunçu qatacağıqsa, o, bizə ertəsi gün kömək edə bilməyəcək. Hazırlıq keçməlidir, formaya düşməlidir, ümumi ansabla oturuşmalıdır, ondan nə istədiyimizi qavramalıdır. Bütün bu komponentləri biz də gözəl başa düşürük. İnanın, indiki vəziyyətdə sutka ərzində ən çox vaxtımı alan məhz bu məsələdir. Baş sındırırıq, düşünürük, götür-qoy edirik. Onsuz da alternativimiz yoxdur. Mütləq yeni transferlər etməliyik. Ancaq bu, nə qədər tez baş versə, bir o qədər işimizə daha faydalı olacaq.

Son yazılar

To Top