İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqladı
21.12.2022 , 18:46

İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin Qalibləri – 2022” layihəsi üzrə “Qızıl onluq” adlı mükafatlandırma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, tədbirin yekununda aşağıdakı nominasiyalar üzrə qaliblər açıqlanıb:
İlin İdman Xadimi – Fərid Qayıbov (Gənclər və idman naziri)
İlin Əcnəbi Futbolçusu – Kadi Borges (“Qarabağ”)
İlin Futbolçusu – Emin Mahmudov (“Neftçi”)
İlin İdmançısı – Eldəniz Əzizli (Yunan-Roma güləşçisi), Gövhər Beydullayeva (şahmatçı – qadınlar arasında)
İlin Komandası – “Qarabağ”, minifutbol üzrə Azərbaycan yığması (milli komandalar arasında)
İlin Məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)
İlin İdman Yarışı – Yunan-Roma güləşi üzrə Dünya Kuboku
Qeyd edək ki, sorğu 54 KİV-i təmsil edən idman jurnalistləri arasında aparılıb.
