"Biz "Neftçi"nin bəzi oyunlarına baxmışıq. Deməliyəm ki, çox güclü komandadı. Yaxşı hücum xətti var".
Korner.az-ın məlumatına görə, bu sözləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə rəqib olan İsrailin "Hapoel" (Kiryat Şmona) klubunun qolkiperi Dani Amos deyib.
Çərçivə qoruyucusu doğma meydanda qol buiraxmamağın vacibliyindən danışıb:
"İlk oyunda ehtiyatlı oynamalıyıq. Buna görə də bizim üçün ilk oyunda qol buraxmamaq çox vacibdi. Qol buraxmayacağımız istənilən nəticə məni qane edəcək".
