"Qələbə ilə gəlimişik, qələbə ilə qayıtmaq istəyirik". Korner.az-ın məlumatına görə, bu sözləri “Hapoel”in (İroni Kiryat) klubunun baş məşqçisi Gili Landau deyib.
Sabah Çempionlar Liqasınn üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq İsrail təmsilçisinin çalışdırıcısı bu gün oyun öncəsi keçirdiyi mətbuat konfransında ilk oyundakı hesaba təəccübləndiyini bildirib,:
"Neftçi"nin evdə yaxşı oynadığını bilirik. 4:0 məni təəccübləndirdi. Buraya sanki 0:0 hesablı nəticə qazanmış kimi gəlmişik".
