Çempionlar Liqasında Gürcüstanın "Zestafoni" klubunu keçən "Neftçi" avqustun 1-i tarixində III mərhələ çərçivəsində İsrailin "Hapoel" komandası ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, bu komandalar arasında ilk görüş İsraildə baş tutacaq. Bakı vaxtı ilə 21:30-da start götürəcək matç "Kiryat Eliazar" stadionunda oynanılacaq.
Cavab oyunu isə avqust ayının 7-nə təsadüf edəcək.
