Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının qrup mərhələsinin ilk turunda İslandiya ilə heç-heçə (1:1) oynadıqları oyunu şərh edib.
Matçdan sonra xeyli tənqid olunan ulduz futbolçu təmkinli olmalı və növbəti oyunda Xorvatiyanı məğlub etməli olduqlarını bildirib:
“İrəliyə doğru hərəkət etmək lazımdır. Sakit olmalı, bundan sonra nəyin necə olacağına diqqət etməli, müsbət məqamlar haqda fikirləşməli və hər hansı yolla Xorvatiyanı məğlub etməliyik”.
