"Neftçi" ilk oyunda 3:0 hesabı ilə qələbə qazansa da, "Zestafoni" ilə oyundakı rahatçılıqı ona baha-başa gələ bilərdi. Bu qolların sayı 3 ətta 4 -də ola bilərdi. Yaxşı ki, tez toparlanıb lazımı qolu vaxtında vura bildilər".
Bu sözləri Korner.az-a açıqlamasında bir zamanlar "Neftçi" və "Qarabağ"da məşqçi kimi çalışmış Mehmet Ak deyib. Hal-hazırda "Ankara Dəmirspor"un baş məşqçisi olan türkiyəli çalışdırıcı "Neftçi"nin növbəti mərhələdə qarşılaşacağı İsrail çempionu “Hapoel” (Kiryat-Şmona) komandasın haqda bunları dedi:
"Bu komanda "Zestafoni"yə baxanda çox güclüdür. İsrail klubunun çox güclü atletik futbolçuları var. Bu oyun "Neftçi" üçün çətin olacaq".
Mehmet Ak sonda Avropa Liqasına mübarizə aparan "Xəzər Lənkəran" və "İnter"in şanslarını da dəyərləndirdi:
"İlk oyunda həm "Xəzər lənkəran" həm də, "İnter" qollu bərabərlik edib (1:1). Bunun üçün səfər meydanında mütləq qol vurmaq lazımdı. Mütləq qələbə qazanmaları lazımdı və ya qollu heç-heçə etmələri. İkisinində şansıarı çox azdı. Çətin olacaq hər iki klubunuz üçün".
Səxavət QURBANOV
