Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, Azərbaycan kubokunun sahibi “Neftçi” Serbiyanın “Partizan” klubunu qəbul edəcək, “Qarabağ” Hollandiya “Tvente”sinin qonağı olacaq.
Hər iki oyunu televiziya vasitəsi izləmək mümkün olacaq olacaq. Saat 21.00-da başlayacaq “Neftçi” – “Partizan” görüşünü Az.TV canlı yayımlayacaq. 22.30-da start veriləcək “Tvente” – “Qarabağ” matçını isə “İdman Azərbaycan” azarkeşlərə təqdim edəcək.
