"Artıq trasfer çalışmalarımızı 95% həll etmişik sadəcə qalıb bir mərkəz müdafiəçisi transfer etmək. 4-5 klubla danışıqlar gedir. Bunlar Almaniya 3 və 4-cü Bundesliqasında çıxış edən futbolçulardı. Bank Asya birinci liqasındanda bir futbolçu ilə maraqlanırıq. Qısa zamanda bu transferidə həll edib transfer çalışmalarımıza yekun vuracağıq".
Bu sözləri Korner.az-a açıqlamasında "Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.
Klub rəsmisi komandanın Türkiyə toplanışıdan və orada keçirəcəkləri yoxlama matçlarından da danışdı:
"Ayın 23-dən 30-na kimi Türkiyənin Kayseri vilayətində təlim-məşq toplantısı olacaq. Burada "Kayseri Erciyesspor"la bir yoxlama matçı keçirəcəyik. İki rəqiblədə danışıqlar gedir. Onlarda Banka Asyada mübarizə aparan komandalardı".
