6 italyan futbolçusunun adı "Qızıl top"a iddialılar siyahısındadır.
Korner.az-ın məlumatına görə, qapıçı Canluici Buffon, yarımmüdafiəçilər Klaudio Markizio, Andrea Pirlo, Daniele De Rossi, həmçinin, hücumçular Mario Balotelli və Antonio Di Natalenin adı nominatlar siyahısına daxil edilib.
Siyahının ictimaiyyətə 23 oktyabrda açıqlanacağı gözlənilir. 3 finalçı noyabrın 7-də, laureat isə 2013-cü il yanvarın 7-də bəlli olacaq.
