Təlim-məşq toplantısını Antalyada davam etdirən "Xəzər Lənkəran"ın düşərgəsinə daha bir futbolçu qoşulub.
Korner.az-ın məlumatına görə, Cənub klubuna baxışa gələn futbolçu Henri David Lopez Gerradı.
Qısaca Hanri Lopes kimi tanınan və ampulaca hücumçu olan Qvatemala millisinin 20 yaşlı üzvü bu gündən cənub təmsilçisində baxışda olacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran"a baxışa gələn Hanri Lopes bugünə kimi millidə 7 dəfə meydana çıxıb.
