Hamşik İtaliyaya qayıdır?
19.02.2024 , 23:44

12 il “Napoli”də çıxış edən Marek Hamşik İtaliya yığmasına məşqçi kimi qayıda bilər.
Korner.az xəbər verir ki, klubun prezidenti Aurelio De Laurentis Valter Mazzarrini Slovakiya millisinin baş məşqçisi Françesko Kalzano ilə əvəz etməyi planlaşdırır.
Kalzano Napolidə işə başlayarsa, hazırda Slovakiya Milli Komandasında komanda meneceri vəzifəsini icra edən Marek Hamşikin də Napolidə texniki heyətin bir hissəsi olacağı irəli sürülüb.
Marek Hamşik futbolçu karyerasında 2007-2019-cu illərdə “Napoli”də çıxış edib.
