Madrid "Real"ının futbolçusu Kristiano Ronaldo komanda yoldaşlarını hədəfləyən açıqlamar edib.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu uğursuzluqlarının səbəbini açıqlayıb.
O, açıq şəkildə bildirib ki, komanda oyunçuları onun səviyyəsində deyil:
"Bütün futbolçular mənim kimi oynasaydılar, indi birinci olmuşduq. Komanda yoldaşlarımı kiçiltmək istəmirəm. Marselo, Beyl, Benzema kimi futbolçularla oynamaqdan həzz alıram. Lakin, bu o demək deyil ki, Xese, Lukas, Kovaçiç yaxşı səviyyədə deyil. Sadəcə çox yaxşı olmaları lazımdı…"
