İtaliya millisinin aparıcı futbolçularından Andrea Barzaqli yenidən məqşlərə başlayıb və AVRO-2012 turniri haqqında iddialı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, ayağından zədələnən futbolçu, "tvitter" sosyal şəbəkəsində bu ifadələrə yer verib:
"Məşqlərə başlamışam. Həmişə dediyim kimi, ya 1/4 finalda ya yarımfinal ya da ümumi finalda forma geyinəcəyəm. Hamınız qəbul edin ki, AVRO-2012-də qalib biz olacağıq".
Barzaqli Rusiya ilə yoldaşlıq görüşündə zədələnmişdi.
