Azərbaycan millisi DÇ – 2018-in seçmə mərhələsində sabah Çexiya yığmasını qəbul edəcək.
Komandamızın futbolçusu Rahid Əmirquliyev bu gün keçirilən ənənəvi oyunöncəsi mətbuat konfransında matç barədə fikirlərini bildirdi:
“Rəqib çox güclüdü. Baxmayaraq ki, bizdən aşağı pillədədi, onları zəif saymaq olmaz. Yaxşı hazırlaşmışıq və rəqibi analiz etmişik. Son matçda hamını yaxşı oyun və nəticə ilə sevindirmək istəyirik”
