“Mersedes” Luis Hamiltona yeni müqavilə təklif edəcək.
Korner.az-ın məlumatına görə, 29 yaşlı pilotun hazırki sözləşməsi növbəti mövsümün sonunda başa çatacaq.
Dolaşan şayiələrə görə Hamiltonun yerinə “Mersedes”ə Alonso gələ bilər. Ancaq bu təklif şayiələrin üzərindən xətt çəkib.
Xatırladaq ki, bu mövsüm Hamilton çempionatın lideridir və komanda yoldaşı Niko Rosberqi 17 xal qabaqlayır.
