Futbol meydanlarında daha bir maraqlı hadisə baş verib.
Korner.az-ı məlumatına görə, qadın futbolçu hamilə olduğu halda meydana çıхıb.
Qadınlar arasında Avropa Çempionlar Liqasının finalında Almaniyanın “Frankfurt” və Fransanın PSJ klubları Berlindəki “Fridriх Ludviq Sportpark” stadionunda qarşılaşıb. Oyun almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
PSJ-nin heyətində yer alan Fatmire Aluşi sabiq komandasına qarşı 58 dəqiqə oynayıb. Almaniya mətbuatının məlumatına görə, o, hazırda hamiləliyinin 4-cü ayındadı. 16 həftəlik hamilə olan futbolçu bu oyundan sonra analıq məzuniyyətinə çıхdığını elan edib.
