Kolumbiya yığması DÇ-2018 seçmə mərjələsi oyunları üçün milli komandaya çağırdığı futbolçuları açıqlayıb
Korner.az-ın məlumatına görə, siyahıda “Real”ın futbolçusu Hames Rodriqes də var.
Zədəli olan futbolçu buna rəğmən milliyə çağrılıb. Hames Kolumbiya yığmasından gələn təklifi qəbul edib və millinin düşərgəsinə yollanıb.
Kolumbiya yığmasının baş məşqçisi Xose Pekerman futbolçunun komandayla birgə olmasını istəyib. Buna rəğmən Hames milli komandaya kömək edə bilməyəcək.
