Madrid “Real”ının futbolçusu Hames Rodriqes klubun baş məşqçisi Rafael Benitezdən narazıdı.
Korner.az-ın məlumatına görə, bu xəbəri İspaniyanın “Sport” qəzeti yayəb.
Mənbədə deyilir ki, kolumbiyalı oyunçu baş məşqçini ona hörmət etməməsində ittiham edir.
Belə ki, gənc futbolçu son oyunlarda tez-tez əvəzləndiyindən şikayətçidi. La Liqanın 13-cü turunda “Eybar”la keçirilən qarşılaşmada (2:0) oyunun 65-ci dəqiqəsində əvəzlənən Hames matçdan sonra hisslərinə hakim ola bilməyib və Rafael Benitezə açıq narazılığını bildirib.
