İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) futbolçusu Hames Rodrigezin transfer qiyməti müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu haqda MARCA xəbər yayıb.
Adı son zamanlar “Mançester Yunayted”lə hallanan oyunçu üçün paytaxt təmsilçisi 75 milyon avro tələb edir.
Xatırladaq ki, “kral klubu”nda 3-cü mövsümünü keçirən 25 yaşlı yarımmüdafiəçi bu mövsüm 32 oyuna 11 qol vurub və 13 məhsuldar ötürmə edib.
