İngiltərənin “Satton Yunayted” klubu qapıçısını komandadan göndərib.
Korner.az-ın məlumatına görə, 44 yaşlı futbolçu Federasiya Kubokunda “Arsenal”a qarşı oyunda hamburger yediyinə görə komandadan qovulub.
İngiltərədə fəaliyyət göstərən mərc şirkətlərindən birinin qapıçının ehtiyat skamyasında hamburger yeyəcəyinə və kameralar tərəfindən çəkiləcəyinə əmsal verdiyi və Şovun da bundan xəbəri olduğu ortaya çıxıb. Klub prezidenti ilə görüşən təcrübəli qapıçı hər şeyi etiraf edib.
Beləliklə, 44 yaşlı qolkiperin klubla müqaviləsi ləğv edilib.
Komandanın baş məşqçisi məsələ ilə bağlı: “Klub prezidenti günortadan sonra Ueynlə danışdı və müqaviləsini ləğv etməyi tələb etdi. Çox məyusam, prezident də məyusdu. Ueynlə danışdım. Ağlayırdı. Telefonu ağlayaraq bağladı”.
Xatırladaq ki, İngiltərə Federasiya Kubokunun 1/8 final mərhələsində baş tutan “Satton Yunayted” – “Arsenal” matçında ev sahiblərinin 44 yaşlı qapıçısı ehtiyat skamyasında hamburger yeyərək hər kəsi təəccübləndirmişdi.
