Haller “Beşiktaş”a gəlir?
24.06.2024 , 11:36

“Beşiktaş” transfer gündəminə bu dəfə Sebastien Halleri gətirib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi fransız əsilli oyunçunu heyətinə cəlb etmək üçün əlindən gələni edəcək.
Haller “Beşiktaş”a keçmək istəsə, Dortmund klubu ilə rəsmi danışıqlar başlayacaq.
Keçid baş tutarsa, futbolçu İstanbul klubunda icadə əsasında çıxış edəcək.
Ötən mövsüm alman nəhəngində cəmi 524 dəqiqə şans qazanan Haller 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Mina Musayeva
