Çempionlar liqası

Halldorsson: “Buradakı ilk oyunumdan həzz aldım”

07.08.2018 , 00:40

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” BATE ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra “Qarabağ”ın qapıçısı Hannes Halldorsson jurnalistlərin suallarını cavablandırıb. O, ilk növbədə matç haqda danışıb:

“Çətin oyun oldu. Sürətli əks hücumlara çıxırdılar. Təəssüf ki, ilk qolu onlar vurdu və biz fərqlənə bilmədik. Bu da bizim işimizi çətinləşdirdi. Ancaq hələ heç nə bitməyib. Növbəti oyuna hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

Səfər oyunu haqda nə deyə bilərsən?
– Əlbəttə, bizi çətin oyun gözləyir. Rəqibin üstünlüyü var. Ancaq məğlub olmaq istəmirik. Hücumlar edəcəyik və istədiyimiz nəticəyə nail olmağa çalışacağıq. Mərhələ adlamaq şanslarımız qalır.

– “Qarabağ”da ilk oyunun idi. Təəssüratların necədi?
– İnanılmazdır. Məğlub olmağımıza baxmayaraq, azarkeşlər dəstək olurdu. Burada ilk oyunum idi və qarşılaşmadan həzz aldım. Ab-hava möhtəşəm idi.

– Növbəti mərhələ şanslarını necə qiymətləndirirsiniz?
– Düşünürəm ki, şanslar bərabərdi. Onların bir qol üstünlüyü var, amma biz də təslim olmaq istəmirik

Son yazılar

Yuxarı