Halldorsson rəsmən “Qarabağ”dan ayrıldı
05.04.2019 , 14:03

“Qarabağ” bu gün bir futbolçusu ilə yollar ayrılıb.
İslandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Mövsümün əvvəlində transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Klub qolkiperə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. (klub saytı)
