Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” hücumçu axtarışlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, “Cim Bom” İngiltərənin “Hall Siti” klubunun futbolçusu Abel Hernandez ilə maraqlanır.
İngiltərə təmsilçisi Hernandez üçün 3 milyon avro tələb edir.
Xatırladaq ki, forvard bu mövsüm “Hall Siti” forması ilə 18 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
