“Hall Siti”dən yeni transfer
23.01.2025 , 17:30

“Fənərbağça”nın futbolçusu Linkoln Enrikenin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirəcək.
26 yaşlı braziliyalı oyunçu “Hall Siti”yə keçib.
Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. O, yeni klubunda mövsümün sonuna qədər forma geyinəcək.
