“Hall Siti” bu futbolçunu transfer edə bilər
10.07.2024 , 21:12

Okay Yokuşlu üçün yeni talib çıxıb.
Korner.az xəbər verir ki, “Hall Siti” futbolçunun xidmətində maraqlıdır.
Klub artıq oyunçunun transferi üçün hərəkətə keçib.
Bundan başqa, təcrübəli futbolçu ilə Super Liqa nəhəngi “Beşiktaş” və “Trabzonspor” da yaxından maraqlanır.
Futbolçunun gələcəyinə yaxın vaxtlarda aydınlıq gələcəyi gözlənilir.
