Haland tarixə düşdü
05.02.2020 , 20:59

Almaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Verder” “Borussiya”ya (Dortmund) 3:2 hesabı ilə qalib gəlib.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisinin ilk qolunun müəllifi Erlinq Haland klubun tarixinə düşüb.
Vurduğu qolların sayını 8-ə çatdıran norveçli hücumçu, “Borussiya”da iştirak etdiyi ilk 4 oyunda 8 qolla yadda qalan ilk futbolçu olub.
