“Hakken” – “Qarabağ” oyununun hakim təyinatları açıqlandı
03.10.2023 , 12:44
Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Hakken” – “Qarabağ” oyununun təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Sebastyan Qişamer olacaq. Ona yan xətt hakimləri Roland Ridel və Santino Şerer kömək edəcəklər. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.
VAR-ın əsas hakimi Kristian-Petru Kokira, köməkçisi Aleksander Harkam olacaq.
Oktyabrın 5-də keçiriləcək görüşə saat 23:00-da start veriləcək.