Futbol

“Hakimlikdən nə vaxt danışılmayıb ki?” – Qurban Qurbanov

16.02.2017 , 14:59

“Qarabağ”ın
baş məşqçisi Qurban Qurbanov çempionatdakı hakim səhvləri ilə bağlı CBC Sport-a
açıqlama verib.

Korner.az-ın
məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:

“25
ildir futboldayam. Bu vaxta qədər hakimlikdən nə vaxt danışılmayıb ki? Sadəcə bəzi
oyunlarda bu məsələ çox qabardılır. Mən hakimlər haqqında fikir bildirmirəm.
Hakimlərdən hansı ölkələrdə narazılıq yoxdur ki?  Elə bu məsələdə adı hallanan Cüneyt Çakırdan
Türkiyədə yetərincə narazı qalmışdılar. 
Avropanın inkişaf etmiş ölkələrində, böyük beşlik çempionatlarında belə
fikirlər müxtəlif olur”.

Son yazılar

Yuxarı