Azərbaycanlı futbol hakimləri Polşa səfərinə hazırlaşır.
Korner.az-ın məlumatına görə, ədalət təmsilçilərimiz iyulun 10-dan 25-dək bu ölkədə hazırlıq keçəcəklər.
Növbəti mövsümün hazırlığına Hakim Komitəsi 38 hakim aparacaq. Onların yarısı yan xətt hakimləridi.
Toplanış müddətində hakimlərimiz Avropanın müxtəlif, eləcə də Polşanın ən yaxşı komandalarının yoxlama oyunlarını idarə edəcəklər.
