Antalyada təlim-məşq toplanışında olan hakimlərimiz bu gün 5 oyun idarə edəcək.
Korner.az-ın məlumatına görə, FIFA referisi Anar Salmanov Çinin “Şandonq Lunenq” və İsveçrə “Sankt Qallen” klubları arasındakı oyunda fit çalacaq.
“Şaxtyor” (Qazaxıstan) – “Qoverla” (Ukrayna) matçını Ramil Diniyev, “Vorskla” (Ukrayna) – “Ordabası” (Qazaxıstan) qarşılaşmasını Mahir Məmmədov, “İrtış” (Qazaxıstan) – “Sarıyer” (Türkiyə) görüşünü Ramiz Məhərrəmov, “Sürix” (İsveçrə) – “Genqam” (Fransa) oyununu Rauf Cabbarov idarə edəcək.
