Hakimləri təhqir edən futbolçunun cəzası
17.06.2022 , 15:46

AFFA İntizam Komitəsinin iclası keçriilib.
Korner.az qurumun saytına istinadən xəbər verir ki, toplantıda assosiasiyanın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Həvəskar Liqasının “Çinar Zəngilan-2” – “Alligators” oyununda “Alligators” komandasının 5 nömrəli futbolçusu Nəcəfəli Qasımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Çinar Zəngilan-2” – “Alligators” oyununda “Alligators” komandasının ehtiyatda olan 9 nömrəli futbolçusu Kənan Sadıxov hakimləri təhqir etidiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.
Həvəskar Liqasının “Bayıl Rovers” – “Qobustan” oyununda “Bayıl Rovers” komandasının 11 nömrəli futbolçusu Kone Soumaila qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
