Hakimləri təhqir edən baş məşqçiyə 5 oyunluq cəza
14.05.2025 , 14:11

AFFA İntizam Komitəsi “Turan Tovuz-2” komandasının baş məşqçisi Ruslan Məmmədovu 5 oyunluq cəzalandırıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məmmədov Əvəzedicilər Liqasında “Neftçi-2” ilə keçirilən oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün cəza ilə üzləşib.
Tovuz klubu 400 manat cərimələnib.
