Futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış edən “Şəmkir” baş məşqçisi Kamran Əlibabayev ağır cəzaya məruz qalıb. Korner.az xəbər verir ki, məşqçinin “Şahdağ”la oyundan sonra hakimlər briqadasını təhqir etməsi ona baha başa gəlib.
AFFA İntizam Komitəsi Əlibabayevi 5 oyunluq cəzalandırıb. Bundan başqa Kamran bəy 500 manat da cərimə ödəyəcək.
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan matçın hakimlər briqadasında Elgün Hüseynov, Aleksandr Musatkin, Vüqar Bayramov və Namiq Bəkirov yer alıblar.
