Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş AZAL – “Sumqayıt” matçının hakim idarəçiliyi meydan sahibi komandanın etirazına səbəb olub.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər” qarşılaşmanın baş hakimi Elvin Əsgərovun yanlış qərarlar verdiyini iddia etdikləri epizodları “youtube” kanallarında yerləşdiriblər.
Xatırladaq ki, dünən “Rəvan” da “İnter”lə oyunun baş hakimi Rauf Cabbarovun idarəçiliyindən narazı qalmışdı
