Bu gündən etibarən FİFA-nın ölkəmizdə ilk dəfə olaraq futzal hakimləri və hakim-inspektorları üçün seminarı başlayıb.
Korner.az-ın məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı (affa.az) xəbır yayıb.
Fevralın 17-dək davam edəcək seminara belçikalı FİFA təlimatçısı Perry Gauter rəhbərlik edəcək. Seminar zamanı nəzəri və praktiki məşğələlər keçiriləcək.
