Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində “Zirə”nin qonağı olan “Qəbələ” 3:0 hesablı qələbə qazanıb.
Korner.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyunsonrası keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:
– “Neftçi” ilə oyundan sonra futbolçulara ciddi xəbərdarlıq etdiyiniz üçün bu gün belə qələbə qazandınız?
– Həmin oyundan sonra futbolçularıma ciddi şəkildə xəbardarlıq etməmişdim. Buna ehtiyac yox idi. Yaxşı oynadıq. Yaxşı oynadığımız oyunda futbolçulara ancaq xoş sözlər deyə bilərəm. Bakıdakı oyunda bizim xeyli epizodlarımız oldu. Öncə də dediyim kimi hakimlər qələbəmizə mane oldu. Bizim o oyunda bəxtimiz gətirməmişdi.
– Sizcə, “Qəbələ” bu gün çox yaxşı oynadı, yoxsa “Zirə” potensialından aşağı çıxış etdi?
– “Zirə”ni analiz edə bilmərəm. Yaxşı oynadıq və qalib gəldik. Bizim belə oyunlarımız çox olub. Biz bu oyunda şanslarımızı yaxşı dəyərləndirdik.
